15 
Okt
2021
11:42
21
461
11200
Virtual karabakh

Bakıda ailə dramı: 15 yaşlı oğlan atasının istəyilə anasını yandırdı

Bakıda oğlan anasını yandırıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.

15 yaşlı M.Nəsirov anası 35 yaşlı G.Nəsirovanın üzərinə qaynar su tökərək onu yandırıb. Xəsarətlə nəticələnən hadisə üç ay əvvəl baş versə də, təfərrüat indi məlum olub.

Belə ki, həmin vaxt G.Nəsirovanın suqızdırıcının partlaması nəticəsində xəsarət alması barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Aparılan araşdırmalar nəticəsində hadisənin əslində suqızdırıcının partlaması nəticəsində deyil, G.Nəsirovanın oğlu M.Nəsirov tərəfindən qəsdən törədildiyi məlum olub. Məlumata görə, M.Nəsirovu buna atası C.Nəsirov məcbur edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Ata və oğul saxlanılıb.

Günahı sübuta yetiriləcəyi təqdirdə onları üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri