Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ekspert: “Mərkəzi Asiya ölkələri qlobal oyunçulardan asılı olmaq istəmir”
“Mərkəzi Asiya ölkələri qlobal oyunçulardan asılı olmaq istəmir, hər bir dövlət ilə yaxşı münasibət saxlamağa çalışır”.
Bunu “Report”a açıqlamasında özbəkistanlı iqtisadçı Bahrom Racabov Fransanın Qazaxıstan və Özbəkistanla enerji sahəsində mümkün əməkdaşlığına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda Fransa Mərkəzi Asiya ölkələrinin zəngin təbii ehtiyatlarına (uran daxil olmaqla) çıxış əldə etməkdə maraqlıdır:
“Fransanın hazırda urana ehtiyacı var, çünki bu resursun Niger və Rusiyadan tədarükü ilə bağlı qeyri-sabit vəziyyət yaranıb”.
İqtisadçının fikrincə, yaxın perspektivdə Fransanın EDF şirkəti Qazaxıstana nüvə reaktoru tədarük edəcək.
B.Racabov əlavə edib ki, Fransa ilə Özbəkistan arasında iqtisadi əməkdaşlıq da gündəmdə olan məsələlərdən biridir:
“Fransa KİV-ində bu səfər həm də Parisin Rusiya və Çinə geosiyasi siqnal vermək cəhdi kimi qiymətləndirilir. Üstəlik, hesab olunur ki, Fransa bununla Rusiya və Çinin regionda artan təsirinə qarşı tarazlıq yaratmaq məqsədilə Mərkəzi Asiya ölkələrini daha sıx əməkdaşlığa dəvət etməyə çalışır”.
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb