21 
Noy
2023
12:22
19
7
627
Virtual karabakh

SPECA qətnamə qəbul edib

21 Noy, 2023
12:22
627

SPECA qətnamə qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən irəli sürülmüş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümünün qeyd edilməsinə dair BMT Baş Assambleyasının qətnamə layihəsi yekdilliklə qəbul edilib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, “Dünyamızın transformasiyası: Davamlı İnkişaf üçün 2030 gündəliyi” adlı qətnamədə Xüsusi Proqramın üzv dövlətlər üçün qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq və regional inkişafı təşviq edən regional proqram kimi mühüm rolu vurğulanıb.

Xüsusi proqramın təsis edildiyi 26 mart 1998-ci il tarixli Daşkənd Bəyannaməsinin məqsəd və məramları xatırladılıb, Mərkəzi Asiya ölkələrində əldə olunan tərəqqi, onların Avropa və Asiya iqtisadiyyatları ilə inteqrasiyasını və qlobal iqtisadi artıma töhfələri alqışlanıb. 

Qətnamədə Xüsusi Proqramın iştirakçısı olan dövlətlərin və BMT-nin Xüsusi Proqram çərçivəsində layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarının səmərəli və vaxtında səfərbər edilməsi üçün BMT-nin çoxtərəfdaşlı etimad fondunun yaradılması imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd olunub. 

Habelə, qətnamədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. 

Qətnamə ilə bu internet keçidindən tanış olmaq mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri