Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı ictimai müzakirə keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə “Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsiri imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinin, aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyaların nümayəndələrinin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə sahibkarlıq sahəsində mövcud qanunvericiliyə, bu sahədə aparılan islahatların biznes mühitinə təsirinə və nəzərdə tutulan yeniliklərə dair fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Tədbirdə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov İctimai Şuranın ötən ilki fəaliyyəti barədə məlumat verib, şuranın təşkilatçılığı ilə 2023-cü ildə 500-dən çox sahibkarın iştirakı ilə müxtəlif mövzularda 7 ictimai müzakirənin, görüş və digər tədbirlərin keçirildiyini bildirib. 2024-cü ildə də KOBİA yanında İctimai Şura çərçivəsində KOB-ların iştirakı ilə bir sıra tədbir və görüşlərin keçirilməsi nəzərdə tutulur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin qəbul edilmiş qanunların və onlara edilən dəyişikliklərin sahibkarlara təsirini izləmək üçün mütəmadi olaraq iş adamları, biznes assosiasiyalar ilə görüşlər keçirdiyini, bugünkü ictimai müzakirənin də sahibkarların fikir və təkliflərini dinləmək üçün əlverişli platforma olduğunu bildirib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, sahibkarlıq fəaliyyəti zamanla ayaqlaşdığı üçün müasir çağırışlar və yeni tələblər qanunvericilikdə də öz əksini tapmalıdır. Bildirilib ki, yeni qanunların qəbulu və mövcud aktların təkmilləşdirilməsi prosesində sahə üzrə maraqlı tərəflər müzakirələrdə daha aktiv iştirak etməlidir. Son zamanlar qəbul edilmiş “Dövlət satınalmaları haqqında”, “Arbitraj haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunlar, Rəqabət Məcəlləsi yeni fəaliyyət istiqamətlərini tənzimləməklə müvafiq sahələrin və sahibkarlığın inkişafına töhfə verəcək. Həmçinin gömrük, vergi məcəllələrinə, sahibkarlıq fəaliyyətinə birbaşa və dolayı təsir edən digər normativ sənədlərə edilən dəyişikliklər də bu sahədə aparılan islahatların davamlılığına və biznes mühitinin inkişafına yönələn addımlardır. Təkcə 2023-cü ildə KOBİA tərəfindən 240-a yaxın normativ sənəd layihəsinə rəy və təkliflər bildirilib. Hazırda da sahibkarlıq sahəsi ilə bağlı yeni normativ hüquqi aktların layihələrinin hazırlanması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ