Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Masallıda qanlı olayın DETALLARI: Spirtli içki içib, daha sonra mübahisə ediblər
Masallıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
APA-nın cənub bürosunun məlumatına görə, qətl hadisəsini törətməkdə şübhəli bilinən 24 yaşlı İsrafil Cavadov Sabirabad rayon, qətlə yetirilən 40 yaşlı Siruz Mehdiyev isə Samux rayon sakinləridir. Onlar Masallıya istixana qurmaq üçün gediblər. Onların ötən gecə kirayə qaldıqları evdə spirtli içki qəbul edib, daha sonra mübahisə etdikləri bildirilir. Mübahisə zəminində bıçaqlanma olub, Sirus Mehdiyev çoxlu qan itirməsi nəticəsində ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Noyabrın 26-sı saat 1 radələrində Masallı şəhəri ərazisində yerləşən evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğunun qərarı ilə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Gəncədə 30 manata görə qətl törədən şəxsə 17 il həbs cəzası
- Süpürgəçilik edən anasını 57 bıçaq zərbəsi ilə öldürən gəncə HÖKM OXUNDU
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- Sumqayıtda tanışını döyərək qətlə yetirən şəxsə hökm oxunub
- Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu