Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əlil arabasında olan qızı maşın vurdu
Astara rayonunda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Kijəbə qəsəbəsində baş verib.
Belə ki, yeniyetmənin əmisi Vasif Hacıbaba oğlu Kazımov UAZ markalı avtomobili geriyə hərəkət etdirərkən diqqətsizlikdən əlil arabasında olan 13 yaşlı Zəkiyyə Tosif qızı Kazımzadəni görməyib və onu vurub.
Ağır bədən xəsarətləri alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

"Piyadavurma" teqi üzrə xəbərlər
- Bayram tonqalının yanında 13 yaşlı oğlanı öldürən sürücüyə hökm oxundu
- Huşunu itirən azərbaycanlı avtobusun altında qaldı - Türkiyədəki faciənin ANBAAN GÖRÜNTÜLƏRİ
- Doğum günündə maşın vurub öldürmüşdü - Dostu həbs edildi
- Bakıda piyadaların vurulması ilə nəticələnən ağır qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Bakıda piyadanı öldürən əcnəbiyə hökm oxundu