Ağcabədi rayonunun Aşağı Avşar kəndində 24 yaşlı gəncin elektrik cərəyanı vurması ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Vəli Süleymanov kabel xəttinin üstündən keçən yüksəkgərginlikli elektrik xəttini nəzərə almayıb və nəticədə həyatını itirib.
Hadisə zamanı kabel çəkilişi ilə məşğul olan Vəli Süleymanovun yaxını baş verənlərlə bağlı bunları qeyd edib:
"Başının üstündən cərəyan gedib, onu görməyib, dəyib. Yəni heç kimin burada heç bir günahı yoxdur".
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Ağcabədidə 24 yaşlı Vəli Süleymanov elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, faciəli şəkildə həlak olan gənc mərhum gitara ifaçısı Nofəl Süleymanovun ögey qardaşıdır.
Xatırladaq ki, Nofəl Süleymanov bir neçə il əvvəl ailə faciəsi nəticəsində həyatını itirib.
Belə ki, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanovun adına qeydiyyatda olan ov tüfənginin patronlarını boşaldarkən ehtiyatsızlıqdan atəş açılıb. Açılan atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan Nofəl Süleymanovun kürək nahiyəsinə dəyib. O, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Ağcabədi rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 28-də saat 18 radələrində baş verib. Rayonun Avşar kənd sakini, 2002-ci il təvəllüdlü Vəli Əli oğlu Süleymanov şəhər ərazisində naqilləri bərpa edərkən onu elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.