Bakıda tikintidə faciə baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə dekabrın 8-də Yasamal rayonu, M.Xiyabani küçəsindəki "Jasmin Park" yaşayış kompleksində baş verib.
Ərazidə usta işləyən Cəlilabad rayon sakini, 1963-cü il təvəllüdlü Lazım Bağırov tikilməkdə olan 16 mərtəbəli binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli