Bakının Nəsimi rayonunda irigövdəli ağacın aşması nəticəsində iki minik avtomobilinə ziyan dəyib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.
Bildirilib ki, hadisə Bülbül prospektində, Bakı Xoreoqrafiya Məktəbinin yaxınlığında baş verib. Ağac yol kənarında dayanmış iki avtomobilin üzərinə düşərək onlara ziyan vurub.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Əsən güclü külək nəticəsində Bakı şəhərində aşan ağacların sayı 14-ə çatıb, 41 ağacın isə budaqları sınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.
Ötən gündən davam edən küləkli hava səbəbindən Bakı şəhərində yeddi ağac aşıb, 22 budaq sınıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib.
Qeyd olunub ki, birliyin əməkdaşları operativ şəkildə sınan ağacların kəsilməsi və sınan budaqların budanması işini icra edirlər.