Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 17-si, saat 08:00-da baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar üçü nəfər (bir kişi, iki qadın cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Səbayət Yusifova övladları - 2013-cü il təvəllüdlü Gülər Yusibova və 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini oxuduqları Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyə apararkən şəhər sakini, 1988-ci il təvəllüdlü Xəyal Məmmədov idarə etdiyi "Opel" markalı avtomobilə onları vurub.
Yaralılar Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.
Samir Əli