Mingəçevirdə bıçaqlanan şəxs Vətən müharibəsi iştirakçısı olub.
Oxu.Az-ın məlumatına görə, həmin şəxs mübahisə zəminində bıçaqlanan 1999-cu il təvəllüdlü Elgün Rzayevdir.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Vüsal Kazımlıdır.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Mingəçevirdə bıçaqlanma hadisəsi olub.
Oxu.Az xəbər verir ki, 1999-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir.
Faktla bağlı araşdırma başlanılıb.
Polis tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.
İqbal Ziya