"Sözügedən ərazidə sürüşmə hadisəsi avtomobil yolunun hərəkət hissəsində deyil, yolun mühafizə (təhlükəsizlik) zolağı hüdudlarında qeydə alınıb".
Bunu Oxu.Az-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, aparılmış ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb.
"Mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə operativ qaydada müvafiq tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində zəruri mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Qısa müddət ərzində ərazidə bərpa və möhkəmləndirmə işlərinin tamamlanması təmin ediləcək", - deyə açıqlamada vurğulanıb.
Muğanlı-İsmayıllı avtomobil yolunun yeni çəkilən hissəsində torpaq sürüşməsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkədə yayılıb.
Məlumata görə, sürüşmə yolun 11-ci kilometrliyində, Ağsu rayonunun Sanqalan və Quzey kəndləri istiqamətinə gedən hissəsində baş verib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.