Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş verib.
Hadisə ötən gecə saat 3 radələrində qeydə alınıb. Həmin ərazidə olan mişar daşından hörülmüş divar sürüşmə nəticəsində qarşıdakı evin üzərinə aşıb. Nəticədə evin bir otağı uçub. Həmin vaxt otaqda yatan 1996-cı il təvəllüdlü Günel Abdullayeva dağıntılar altında qalıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları G.Abdullayevanı oradan sağ çıxara biliblər.
Oxu.Az ərazidən görüntüləri təqdim edir:
Sabunçuda gecəyarı DƏHŞƏT: Torpaq sürüşdü, qadın uçan evin altında qaldı - SON GÖRÜNTÜLƏR