Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sakinlər 5 gündür liftsiz qalıblar - ŞİKAYƏT
Paytaxtın Yeni Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 230 saylı evin 5-ci blokunda artıq 4-5 gündür ki, lift işləmir.
Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sakinlərin müraciətində bildirilib.
Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edilməyib.
"Lift İdarəsinə nə vaxt zəng edirik, deyirlər ki, adam yollamışıq, ərazidədir. Amma 5 gündür ki, heç kim gəlmir, liftlə bağlı problem qalmaqda davam edir. Binada yaşlı insanlar, uşaqlar var, çıxıb-düşməkdə əziyyət çəkirlər. Uşaqlar ağır çantalarla yuxarı mərtəbələrə necə çıxsın? Ağır yükləri də qaldırmaq olmur".
Məsələ ilə bağlı Bakı Lift-Təmir İstehsalat Birliyinə müraciət olunub. İdarənin əməkdaşı Günay Abbasova açıqlamasında bildirib ki, problemlə bağlı onlara məlumat daxil olub:
"Müvafiq tapşırıq verdik, bu gün gedib problemi aradan qaldıracaqlar".
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Nəsimi rayonuda yerləşən evə pəncərədən daxil olurlar? - AÇIQLAMA
- Hövsanda çirkab su zirzəmilərə dolub: "Milçək əlindən oturmaq olmur"
- Bakı-Quba yolunda yaranan təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA
- Qazaxda yararsız olan İŞIQ DİRƏKLƏRİ - Qurum problemin həll edildiyini deyir
- Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı