Samux rayonunda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki fərdi yaşayış evində baş verib.
Şəhər sakini, 2009-cu il təvəllüdlü Vüsal Hacıyev yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli