İyulun 20-də saat 23:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında baş verən yanğınla əlaqədar çağırış daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına altı təcili tibbi yardım briqadası cəlb olunub. 23 nəfərə dəm qazının toksiki təsiri, arterial təzyiqin yüksəlməsi və stresə qarşı kəskin reaksiya diaqnozları ilə yerində tibbi xidmət göstərilib.
"Təcili tibbi yardım xidməti tərəfindən səkkiz, ailə üzvləri tərəfindən isə iki nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.
Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən yeddi nəfərə (üç qadın cinsli, dörd kişi cinsli) Təcili Tibbi Yardım Xəstəxanasında, üç nəfərə isə (iki qadın cinsli, bir kişi cinsli) Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə TƏBİB-dən qeyd olunub.
Aləmdə Nəsib
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Adilov Kənan Elşən oğluna məxsus ümumi sahəsi 80 kvadratmetr olan mənzilin 40 kvadratmetr hissəsi yanıb.
Yanğın nəticəsində həmin binada yaşayan qonşular, 1960-cı il təvəllüdlü Solmaz Fərzalı qızı İsmayılova, 1973-cü il təvəllüdlü Yeganə Alməmməd qızı Zamanova, 1959-cu il təvəllüdlü Taleh Məmməd oğlu Mikayılov, 2002-ci il təvəllüdlü Fidan Ədalət qızı Süleymanlı, 2024-cü il təvəllüdlü Emin Elmir oğlu Süleymanlı, 2009-cu il təvəllüdlü Türkan Elşən qızı Süleymanlı, 2024-cü il təvəllüdlü Sofiya Elçin qızı Zamanlı, 1983-cü il təvəllüdlü Gülnar Vaqif qızı Yaqubova, 1994-cü il təvəllüdlü Zaur Cavanşir oğlu Həmidov, 1994-cü il təvəllüdlü Məhərrəm Məharət oğlu Məhərrəmli, 1988-ci il təvəllüdlü İlahə Mirvəzir qızı Vəliyeva, 1994-cü il təvəllüdlü Cəbrayıl Namiq oğlu Cəbrayılov və vətəndaşların evdən çıxarılmasına kömək edən polis nəfərləri - 1995-ci il təvəllüdlü Eyvaz Əlövsət oğlu Nəsibli, 1999-cu il təvəllüdlü Həşim Ümüd oğlu Mahmudov, 1997-ci il təvəllüdlü Valeh Etibar oğlu Əsədov, 1989-cu il təvəllüdlü Zaur Məzahir oğlu Yarıyev və 1999-cu il təvəllüdlü Riad Ruslan oğlu Xancanov tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qeyd edək ki, iyulun 20-də axşam saatlarında Sumqayıt şəhərində 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib. Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.