Şüvəlanda dənizdə çimən şəxs boğularaq ölüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Şüvəlan qəsəbə sakini, 1960-cı il təvəllüdlü Şirzad Baba oğlu Əliyev qəsəbənin ərazisində dənizdə çimərkən boğulub.
Ş.Əliyevin meyiti sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Qaynar xətt:
(055) 224 12 12