Şəmkir və Tovuzda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Şəmkir və Tovuz rayonları ərazilərində baş verən silsilə cinayətlərin üstü açılıb.
Araşdırmalarla müəyyən edilib ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.
Qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən - əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Samir Əli