Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb.
Bildirilib ki, Tovuz rayon sakini Elvin Hüseynovun idarə etdiyi "Ford" markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub.
Nəticədə motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli xəsarətlər alıb.
O, Təcili Tibbi Yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12