Tovuz rayonunda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib.
Şəhər sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı, 1997-ci il təvəllüdlü Aygül Həsənova, övladları 2018-ci il təvəllüdlü İ.H. və A.H. yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli