Xankəndi şəhərində dörd yaşlı uşaq ehtiyatsızlıqdan xəsarət alıb.
Oxu.Az "Teleqraf"a istiandla xəbər verir ki, azyaşlı yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.
İlkin məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12