Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“WhatsApp”da gizli funksiya tapıldı
“WhatsApp” messencerinin interfeysində olan bir özəllik istifadəçilərin silinmiş ismarıcları oxumasına imkan yaradır.
Oxu.Az xəbər verir ki, yoxa çıxmış və ya silinmiş ismarıcları qaytarmağın yolu haqqında “Mirror” nəşri məlumat yayıb.
İsmarıcların bərpası mexanizmi yazışmaların ehtiyat surətinin çıxarılması funksiyasına əsaslanır.
Yoxa çıxmış yazışmanı oxumaq üçün mobil cihazdan “WhatsApp” tətbiqini silmək və onu yenidən yazmaq lazımdır. Bu zaman ismarıcların arxivi ehtiyat surətlər bölməsindən əvvəlki şəkildə (yəni ismarıclar silinənə qədər olan vəziyyətdə) bərpa olunur.
Lakin bu vasitə yalnız ismarıc surətlərinin sistem tərəfindən yenilənmədiyi (avtomatik yeniləmə bir qayda olaraq, hər gün gecə saatlarında gerçəkləşir) təqdirdə keçərli olur. Bu, bütün mobil cihazlara və qadjetlərə şamil olunur.