Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Aleks Oksleyd-Çemberleyn "Beşiktaş"dan ayrılır
"Beşiktaş"ın futbolçusu Aleks Oksleyd-Çemberleyn karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu "Əş-Şəbab"a keçməyə yaxındır.
Ərəb klubunun baş məşqçisi Fatih Terim təcrübəli futbolçunu sərəncamında görmək niyyətindədir.
Mövsümün sonunda "Beşiktaş"dan ayrılacağı dəqiqləşən Çemberleyn "Əş-Şəbab"ın təklifini dəyərləndirəcək. 31 yaşlı futbolçu 2023-cü il avqustun 12-dən "Beşiktaş"da oynayır.
Onun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn karyerası ərzində "Sauthempton", "Arsenal" və "Liverpul"da oynayıb.
"Beşiktaş FK" teqi üzrə xəbərlər
- Superkompüter Türkiyə Super Liqasının qalibi olacaq komandanın adını açıqladı
- "Beşiktaş"ın idarə heyətinin iclasında qalmaqal: Keçmiş prezidentə tribunada hücum oldu
- "Beşiktaş"da maliyyə böhranı dərinləşir: Borclar 15 milyardı keçdi
- Türkiyə Superliqası: Azlıqda qalan "Beşiktaş" məğlub olmadı
- Nqolo Kante "Beşiktaş"ın transfer təklifinə müsbət yanaşır