UEFA Konfrans Liqasının II mərhələsində keçiriləcək "Araz-Naxçıvan" - "Aris" oyununun başlama saatı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Araz-Naxçıvan Peşəkar Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, iyulun 24-də, "Liv Bona Dea Arena"da keçiriləcək matçın start fiti saat 20:00-da veriləcək. Bu komandaların bir həftə sonra - iyulun 31-də Saloniki şəhərində keçiriləcək qarşılaşması isə yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 22:15-də) başlayacaq.