Argentina millisinin qapıçısı Emiliano Martines dünya çempionatlarının final matçlarında edilən seyvlərin (qapıya vurulan zərbələrin dəf edilməsi) sayına görə yeni rekord müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, ispaniyalılarla oyunda qapıçı 11 seyv edib. Əvvəlki rekord 1994-cü il turnirinin finalında braziliyalılarla matçda (0:0, penaltilərlə 2:3) 8 zərbə dəf edən italiyalı Canluka Palyukaya məxsus idi.
Dünya çempionatının bir matçında edilən seyvlərin sayına görə rekord isə amerikalı Tim Hovarda məxsusdur. O, 2014-cü il turnirinin 1/8 final mərhələsində belçikalılarla oyunda (əlavə vaxtdan sonra 1:2) 16 zərbəni dəf edib.
Qeyd edək ki, İspaniya millisi dünya çempionatının finalında Argentina komandasını məğlub edib. Yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub.