İngiltərə Premyer Liqasında XXIII tur “Arsenal” – “Çelsi” matçı ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, “Emireyts” stadionunda keçirilmiş London derbisi meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qollar ilk yarıda vurulub. 14-cü dəqiqədə Aleksandr Lakazet, 39-cu dəqiqədə Loran Kosyelni fərqlənib.
Bu qələbə sayəsində xallarını 44-ə çatdıran “Arsenal” beşinci pillədə qalsa da, dördüncü yerdə gedən “Çelsi” ilə xal fərqini üçə endirib.