Yanvarın 19-da İspaniya La Liqasında XX turun növbəti oyunları keçirilib.
Oxu.Az verir ki, turun maraq doğuran oyunu "Santyaqo Bernabeo" stadionunda oynanılıb.
Turnir cədvəlində dördüncü yerdə qərarlaşan Madrid "Real"ı cari mövsüm uğurlu oyun sərgiləyən və hazırda üçüncü yerdə olan "Sevilya" klubunu qəbul edib.
Görüş "kral" klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Madridlilərin heyətində braziliyalı Kazemiro (78) və xorvatiyalı Luka Modriç (90) fərqləniblər.