Fransa 1-ci Liqasında PSJ – "Qenqam" oyunu keçirilib.
Oxu.az xəbər verir ki, Paris klubu doğma meydanda sonuncu pillədə olan rəqibini doqquz cavabsız qolla darmadağın edib.
Oyunda uruqvaylı Edinson Kavani və Kilian Mbape het-trik edib.
Qollar: Neymar, 11, Mbape, 37, 45, Kavani, 59, 66, Neymar, 68, Kavani, 75, Mbape, 80, Mönye, 83.
Bu qələbə ilə PSJ xalını 53-ə yüksəldərək ilk pillədəki yerini möhkəmlədib.
Qeyd edək ki, liqada "Lill" 40 xalla ikinci, "Sent-Etyen" isə 36 xalla üçüncü yerdə qərarlaşıb.
Sail Ağasəlim