London “Arsenal”ının rəhbəri Ermənistan yığmasının yarımmüdafiəçisi otuz yaşlı Henrix Mxitaryanı satmağa hazırlaşır.
Oxu.Az-ın "The Sun" nəşrinə istinadən verdiyi məlumata görə, klubun rəhbərliyi oyunçunun Premyer Liqadakı pik formasına çıxa bilməyəcəyini zənn edir.
Xatırladaq ki, Mxitaryan “Arsenal”a “qırmızı şeytanların” rəhbəri Joze Mourinyo onunla vidalaşmağa qərar verdikdən sonra, 2018-ci ilin qışında keçib. Qeyd edək ki, erməni əsilli oyunçu "Çelsi" ilə Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməkdən imtina edib.
Rəylər