İngiltərə Premyer Liqasının XXII turunun "Vest Hem Yunayted" – "Arsenal" oyunu keçirilib.
Oxu.az xəbər verir ki, gərgin keçən 90 dəqiqə meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 48-ci dəqiqəsində qeydə alınan yeganə qolun müəllifi 19 yaşlı irlandiyalı futbolçu Deklan Rays olub. O, Premyer Liqada ilk qolunu vurub.
Onu da qeyd edək ki, "Arsenal" ardıcıl beş oyundur ki, səfərdə qələbə qazana bilmir.