Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 10-cu turuna təşrif buyurub.
Oxu.Az xəbər verir ki, Baş nazir Artur Rasizadəylə yanaşı baş nazirin müavini, 2015 və 2016-cı illərdə Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku və şahmat olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov 10-cu turun görüşlərini izləyib, Azərbaycan şahmatçılarının çıxışıyla maraqlanıb.