Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Oxu.Az-ın məlumatına görə, bu gün Milli Gimnastika Arenasında iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında Hollandiya millisi İtaliya yığmasından üstün olub - 3:0. İkinci oyunda isə Serbiya kollektivi eyni hesabla Belarus millisinə qalib gəlib.
Sabah Azərbaycan - Almaniya və Rusiya - Türkiyə oyunlarından sonra bütün yarımfinalçıların adları məlum olacaq.
S.B.
www.oxu.az