Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Avropa çempionatı: Azərbaycanın üç güləşçisi qızıl medal uğrunda yarışacaq
Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatının son günündə Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaq.
Oxu.Az-ın məlumatına görə, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaqlar.
Ülvi Qənizadə isə (72 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.
"Güləş üzrə Avropa çempionatı" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov: "Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir"
- Güləş üzrə Avropa çempionatı: Ruzanna Məmmədova məğlub oldu
- Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medala sahib çıxıb
- Daha bir güləşçimiz yarımfinalda
- Güləş üzrə Avropa çempionatına yollanacaq Azərbaycan millisinin heyəti müəyyənləşib