Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Avropa çempionatlarında ən çox qol vuran futbolçuların adları açıqlanıb - SİYAHI
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempionatlarında ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, araşdırma zamanı oyunçuların qitə birinciliklərinin seçmə və final mərhələlərində vurduqları qollar nəzərə alınıb.
Siyahıya Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu başçılıq edir. Ulduz futbolçu 67 matçda 54 dəfə rəqib qapılarına yol tapıb. Ronaldu bunun 40-nı seçmə, 14-nü isə final mərhələlərində vurub. O, ən yaxın izləyicisindən iki dəfə çox fərqlənib.
Futbolçu | Milli | Qollar | Seçmə m. | Final m. | Oyun | |
1 | Kriştianu Ronaldu | Portuqaliya | 54 | 40 | 14 | 67 |
2 | Robert Levandovski | Polşa | 27 | 22 | 5 | 36 |
3 | Harri Keyn | İngiltərə | 26 | 22 | 4 | 30 |
4 | Zlatan İbrahimoviç | İsveç | 25 | 19 | 6 | 44 |
5 | Romelu Lukaku | Belçika | 23 | 17 | 6 | 33 |
6 | Robbi Kin | İrlandiya | 23 | 23 | 49 | |
7 | Yon Dal Tomasson | Danimarka | 22 | 19 | 3 | 31 |
8 | Yan Koller | Çexiya | 21 | 18 | 3 | 35 |
9 | Hakan Şükür | Türkiyə | 21 | 19 | 2 | 37 |
10 | Ueyn Runi | İngiltərə | 20 | 14 | 6 | 37 |
11 | Davor Şuker | Yuqoslaviya/Xorvatiya | 20 | 17 | 3 | 22 |
"İsveç" teqi üzrə xəbərlər
- İsveçdə məktəb yaxınlığında atışma: 10-a yaxın adam həlak oldu
- İsveç hökumətindən ittiham: "Stokholmdakı İslam Mərkəzi İranın casus bazasıdır"
- İsveçdə Quranın yandırılmasının təşkilatçısına hökm oxundu
- İsveç Şimali Avropanın ən böyük İslam mərkəzinin rəhbərini deportasiya edir
- İsveçdə Quranı yandıran iraqlının öldürülməsinə görə saxlanılanlar azad ediliblər