Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Avropa Oyunları: Azərbaycan medal sıralamasında mövqeyini qoruyub
Polşada keçirilən III Avropa Oyunlarının dördüncü günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 5-ə yüksəlib.
“Report” xəbər verir ki, medallardan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 10-cu pillədə qərarlaşaraq əvvəlki mövqeyini qoruyub.
İlk 4 sırada medal əyarına görə müvafiq olaraq, İspaniya (9 qızıl, 5 gümüş, 4 bürünc), İtaliya (8 qızıl, 8 gümüş, 9 bürünc), Polşa (6 qızıl, 2 gümüş, 4 bürünc) və Ukrayna (5 qızıl, 3 gümüş, 3 bürünc) yer alıb.
İndiyədək ümumilikdə 34 ölkə medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə - karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib.
Rəylər