Avropa Oyunları və İslam Oyunlarında çempion olmuş “Şöhrət” ordenli karateçimiz Ayxan Mamayev subaylığın daşını atır.
Oxu.Az xəbər verir ki, 26 yaşlı idmançının dünən nişan mərasimi baş tutub.
O, Şəhla adlı xanımla münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Nişandan çəkilən fotonu videoqraf Fuad İsmayılov “Instagram” səhifəsində paylaşıb. Lakin o, paylaşımda gəlinin üzünü gizlədib.

Səbuhi MUSAYEV
www.oxu.az