14 dəfə "Dakar" rallisinin qalibi olan "KAMAZ-master" ekipajları Bakıya səfərə gəlib.
Oxu.Az xəbər verir ki, "Dakar 2015" rallisinin qalibi, "İpək Yolu" rallisinin ikiqat qalibi, Rusiya Federasiyasının Əməkdar idman ustası Ayrat Mardeyev 7 metrlik "KAMAZ" markalı idman yük maşınını Heydər Əliyev Mərkəzi ətrafında idarə edib.

Məlumat üçün bildirək ki, "KAMAZ" markalı idman yük maşınının ağırlığı 9 tondur. Nəqliyyat vasitəsinin maksimal sürəti saatda 170 kilometr təşkil edir. 100 km/s sürəti yığmaq üçün 8 saniyə kifayət edir. Avtomaşın 100 km-ə 120-140 litr dizel işlədir.
E.Ə.
www.oxu.az