Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azar milli karyerasını başa vurdu: “Məni əvəz edəcək futbolçu hazırdır”
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrupda qalan Belçika yığmasının əsas üzvlərindən biri - Eden Azar millidəki karyerasını başa vurub.
31 yaşlı futbolçu bu barədə öz “Instagram” səhifəsində yazıb.
Madrid “Real”ının yarımmüdafiəçisi bundan sonra milli komandada oynamayacağını açıqlayıb.
“Bu gün daha bir səhifə çevrildi... Sevginiz üçün təşəkkür edirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. 2008-ci ildən bəri paylaşdığımız bütün xoşbəxt anlara görə təşəkkür edirəm. Milli komandada karyeramı bitirmək qərarına gəldim. Məni əvəz edəcək futbolçu artıq hazırdır. Mən sizin üçün darıxacağam”, - Hazard yazıb.
"Qətər" teqi üzrə xəbərlər
- Burak Özçivit qadın pərəstişkarı ilə şəkil çəkdirmək üçün bir milyon dollar alıb?- Modeldən açıqlama
- Qətər Qəzza üzrə razılaşmanın yekun layihəsini İsrailə və HƏMAS-a təhvil verib
- İsrail nümayəndə heyəti atəşkəs danışıqları üçün Qətərə gedir
- Qətərdə Yeni il şənliyindən sonra çox sayda insan xəsarət alıb
- Qətər Avropanı qaz tədarükünü dayandırmaqla hədələyib