Azərbaycan atıcısı Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, təmsilçimiz oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan gülləatma yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, yarış martın 24-nə qədər davam edəcək.