Azərbaycan gimnastı Qırğızıstanın paytaxtı Bişkekdə bədii gimnastika üzrə “Kelechek” adlı beynəlxalq turnirdə qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, Mədinə Abbaslı bütün rəqiblərini arxada qoyub.
O, çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Qeyd edək ki, bu gün start götürən yarış üç gün davam edəcək.
Rəylər