Kürdəmir sakini kredit götürmək üçün iş yoldaşından kömək istəyib, ancaq daha sonra külli miqdarda borcunun olduğunu öyrənib.
Xezerxeber.az-ın məlumatına görə, Kürdəmir rayon Ərəbqubalı kənd sakini Rahid Hüseynov iki il öncə Bakıda işlədiyi zaman iş yoldaşına kredit götürmək istədiyini deyib.
İş yoldaşı kredit götürməkdə ona köməklik edəcəyini deyərək bir nəfərlə tanış edib. Rahid Hüseynov iddia edir ki, tanışları onu “ASAN xidmət” mərkəzinə apararaq bir sıra sənədləri imzaladıblar.
O qeyd edib ki, bir il sonra Kürdəmir rayon məşğulluq mərkəzinə işsiz kimi qeydiyyata yazılmaq üçün müraciət edib. Bu zaman mərkəzdən ona bildirilib ki, işsiz deyil, adına yəni tikinti şirkəti açılıb.
Məlum olub ki, vətəndaşın adına külli miqdarda vergi borcu da yazılıb.
Ətraflı süjetdə:
Kürdəmir sakini kredit götürmək üçün iş yoldaşından kömək istədi, külli miqdarda vergi borcu yarandı - VİDEO
Rəylər