Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar" klubu heyətinə daha bir legioner futbolçu qatıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub Kot-d'İvuardan olan Alassane Kulibali ilə müqavilə imzalayıb. 24 yaşlı hücumçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Kulibali son olaraq ölkəsinin "AFAD-Pleteau" klubunda çıxış edib.
Xatırladaq ki, "Şahdağ Qusar" daha əvvəl anqolalı Aqostinyo Çipesseni transfer edib.