Azərbaycan və Norveç milli komandaları arasında keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün bütün təyinatlar açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, qarşılaşma İsraildən olan hakimlər briqadasına həvalə olunub.
Oyunun baş hakim Liran Liani, yan xətt hakimləri - David Elyas Bitton və Nissan Davidi, dördüncü hakim isə Eytan Şmuelevits olacaq.
Qeyd edək ki, matç oktyabrın 8-də Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.
S.B.
www.oxu.az