Bakıda az öncə başlayan Formula 2 yarışında ilk qəza baş verib.
Oxu.Az xəbər verir ki, “Trident” komandasının yaponiyalı pilotu Marino Sato 15-ci döngədə bolidinin təkərini maneəyə çırpıb.
Onun təkəri əyildiyindən, sərbəst yürüşə davam edə bilməyib.
Tricky Turn 15 caught out Marino Sato in practice 😖#AzerbaijanGP 🇦🇿 #F2 pic.twitter.com/mTqq8tD3Zh
— Formula 2 (@Formula2) June 4, 2021
Bundan başqa, “MP Motorsport” komandasının alman-alban-makedon əsilli pilotu Lirim Zendeli idarəetməni itirərək kənara çıxıb.
Həmçinin trekə təhlükəsizlik maşını da daxil olub.
Qeyd edək ki, Azərbaycan Qran Prisində bu gün Formula 1-in sərbəst yürüşü saat 12:30-da başlayacaq.
Səbuhi Musayev