Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, şahmatçı ilə vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil edilib. Mərasim saat 11.00-dan 15.00-dək davam edəcək.
Şahmatçı Üçüncü Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
Foto: Nüsrət Abdullayev
www.oxu.az