ABŞ “Finiks Rayzinq”indən “Şalke 04”ün əvəzedici komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov klubu ilə vidalaşıb.
Oxu.Az xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə öz “Instagram” hesabından paylaşım edib. O, Arizona təmsilçisinə təşəkkür edib. ABŞ-ın I divizionunda 15 qol vurmuş Rüfətin sözləri belə olub:
“Bu klub və insanlarla keçirdiyim iki il həqiqətən möhtəşəm idi. Dilini bilmədiyin yeni ölkəyə köçmək qorxulu görünə bilər. Ancaq bizi ailə, məni isə qardaş kimi qəbul edən siz idiniz. Bunu heç vaxt unutmayacağam və bu təcrübəni yaşadığım üçün sizə necə minnətdar olacağımı sözlə ifadə edə bilmirəm. Arizonada “Finiks Rayzinq”lə iki möhtəşəm il keçirdim. Uşaqlar, mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm.
Dünyanı gəzmək şansına, tanış olduğumuz gözəl insanlara və qazandığımız dostlara görə çox minnətdarıq.
Həyatımızın bu vaxtı heç vaxt unudulmayacaq və kluba ürəkdən ən yaxşısını diləyirəm!
Karyeramın növbəti pilləsi və qarşımızda açılan böyük imkanlar üçün çox həyəcanlıyıq! Bundan sonra xoşbəxt olduğumuz ailə və dostlara daha yaxın olacağıq.
Səyahətimizin bir hissəsi olan hər kəsə təşəkkür edirik, yenidən sizi ziyarət edəcəyik!”
View this post on InstagramQeyd edək ki, Rüfət Dadaşovun yeni komandası Almaniyanın III divizionu (sayca dördüncü liqa) sayılan Regionalliqanın “Qərb” zonasında çıxış edir.
Səbuhi Musayev
"Almaniya" teqi üzrə xəbərlər
- Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
- Putin ad gününü kiminlə birlikdə keçirib? - Kreml açıqladı - Foto
- Almaniyada puma təşvişi: Sakinlərə xəbərdarlıq edildi
- "AnewZ": "Auqust Hanninqin işi heç bir şəkildə Azərbaycanla əlaqəli deyil" - Video
- "Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya - Video
Digər xəbərlər