“Neftçi”nin futbolçusu Emin Mahmudov əməliyyat olunub.
Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın Münxen şəhərindəki klinikaların birində baş tutan əməliyyat uğurlu keçib.

Həkimlərin rəyinə görə, E. Mahmudov iki-üç həftə sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, Emin Mahmudova ikitərəfli qasıq yırtığı diaqnozu qoyulmuşdu.