Azərbaycanın paytaxtı Bakı Around The Rings saytının reytinqinə əsasən dünyanın ən idmani şəhərləri arasında 47-ci pillədə qərarlaşıb.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, paytaxtımız Birmingem (İngiltərə), Lima (Peru), Pxyonçxan (Cənubi Koreya) şəhərlərini qabaqlayıb.
Reytinqə London (İngiltərə) başçılıq edir. İkinci pillədə Barselona (İspaniya), üçüncü yerdə Sidney (Avstraliya) qərarlaşıb.
Keçmiş Sovet İttifaqı şəhərlərindən Moskva, Soçi və Kazan (hamısı Rusiya) Top-50-də yer alıb.
İstanbul isə 17-ci pilləni tutub.