Azərbaycan Premyer Liqasının XII turunun açılış matçında üz-üzə gələn “Qarabağ” – “Sumqayıt” görüşündə xoşagəlməz hadisə yaşanıb.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Olimpiya Stdionunda keçirilən qarşılaşmada iki “Qarabağ” fanatı polis bölməsinə aparılıb.
Saxlanılanlardan biri “Boys Qarabağ” fan-klubunun üzvü Azad Məmmədov, digəri isə “Ordu” fan-klubunun rəhbəri Elvin Süleymanovdur.
Saxlanılan şəxslər bunun nə səbəbdən baş verdiyini bilmədiklərini söylədilər:
“Heç bir səbəb bilmirik. Polis dedi ki, “Sumqayıt” azarkeşləri də yaxında əyləşib və qışqırmaq, komandamıza azarkeşlik etmək olmaz”.
Qeyd edək ki, bu hadisədən sonra tribunaya toplaşan xeyli azarkeş stadionu tərk edib.
19:39
Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” və “Sumqayıt” komandaları arasında görüş keçirilir.
Oxu.Az-ın xəbərinə görə, ilk hissədən sonra hesab 1:0 son çempionun xeyrinədir. Ağdamlıların heyətində 41-ci dəqiqədə Riçard Almeyda fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın 30-cu dəqiqəsində “Qarabağ”ın qapıçısı İbrahim Şehiç qırmızı vərəqə ilə cəzalandırılıb.
İlk hissənin sonlarına yaxın isə stadionda azarkeşlərin iştirakı ilə kütləvi dava baş verib.
S.B.
www.oxu.az