Belçika yığması Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində Macarıstan komandasına qalib gəlib.
Oxu.Az xəbər verir ki, Tuluzanın “Munisipal” stadionunda keçirilən oyun belçikalılar 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Belçikanın heyətində qolları Tobi Alderveyreld (10-cu dəqiqədə), Mişi Batşuayi (78), Eden Azar (80) və Yannik Ferreyra-Karrasko (90+1) vurub.
Mark Vilmotsun yetirmələri iyulun 1-də keçiriləcək 1/4 final oyununda Uels millisi ilə qarşılaşacaq.